Qurana əl basaraq and içmək olarmı?
Və aleykum Salam. Dinimizə görə ittiham edən tərəf sübut gətirməli, ittiham olunan tərəf isə (yəni, siz) and içməlidir. İslama görə Allahdan başqasına and içmək qadağandır, Qurana isə yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əlini Qurani Kərimə basaraq and içməmişdir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etmədiyi və buyurmadığı bir şeyi etmək bidətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim dinimizdə olmayan bir şey icad edərsə, bu, ondan qəbul olunmaz". (əl-Buxari, 2697).
Yuxarıda söylədiyimiz kimi ümumən Qurana əl basmadan and içmək olar. Məsələn, "Qurana and olsun!" və ya "Allahın kəlamına and olsun!" sözləri ilə and içmək olar. Əgər sizi Qurana əl basaraq and içməyə məcbur ediblərsə, sizə heç bir günah yazılmır. Daha ətraflı: Qurana and içmək icazəlidirmi?