Namaza ara vermək
Aleykum salam. Namazı qəsdən buraxmaq və ya tərk etmək böyük günahlardandır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl". (əl-Әnkəbut, 45).
"(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)". (əl-Bəqərə, 248).
"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Məun, 4-5).
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).