Gün ərzində olan şeyləri yazıb analiz etmək olarmı?

    28.12.2014
Sual: 
salam men gun erzinde bas veren hadiseleri axsam oturub yazib analiz elemek isteyirem
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz şey çox gözəl və bəyənilən əməldir. Buna nəfsi hesaba çəkmək deyilir. Bu zaman nəticə əldə edilməlidir. Xeyirli, faydalı əməllər şükürlə qarşılanmalı, xəta, asilik və günahlar isə Uca Allahdan bağışlanma diləməklə aradan qaldırılmalıdır. Mömin bu şəkildə həmişə nəfsini hesaba çəkməli, özünü sorğu-sual etməlidir.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) qiyamət günü hesaba çəkilməzdən əvvəl dünyada olarkən nəfsi sorğu-sual etməyin ağıllılıq və imanın əlaməti olduğunu demişdir. (ət-Tirmizi).
Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir: "Qiyamət günü hesaba çəkilməzdən əvvəl özünüzü hesaba çəkin. Axirət dünyasında əməlləriniz mizan tərəzisində ölçülmədən əvvəl, əməllərinizi ölçün! Ən böyük məhkəmə üçün indidən lazımi hazırlıqlar görün. Bilin ki, o gün hesaba çəkilərkən heç nə gizli qalmayacaq, bütün sirləriniz bir-bir sayılacaqdır". (İmam Əhməd; Əbu Nueym; İbn əl-Covziyyə).
Uca Allah buyurur: "O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir". (əl-Haqqa, 18).
"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Həşr, 19).

Teqlər: 
Paylaş: