Təyəmmüm necə alınır?
Sual:
Salam aleykum. Təyəmmüm necə alınır?
Cavab:
Va aleykumus-Sələm. Uca Allah buyurur: "Su tapmasanız,təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün". (əl-Maidə, 6).
Təyəmmüm almaq üçün "Bismilləh - Allahın adi ilə!" dedikdən sonra ovucları bir dəfə torpağa və ya təbii toza batırıb üzə sürtmək, sağ əli sol əlin biləyinə qədər üstünə sürtmək və sol əli sağ əlin biləyinə qədər üstünə sürtmək kifayət edir. Təyəmmüm həm qüslu, həm də dəstəmazı əvəz edir.