Səcdə zamanı burun yerə dəyməlidirmi?
Sual:
Salam aleykum secde ederken burun yere deymelidir? Ve eger deyerse o zaman bedenin 8 uzvunun yere deymesi sayilmirmi bu? Allah razi olsun cavablandirdigin ucun.
Cavab:
Və aleykum Salam. Səcdə də alınla birlikdə burun da yerə dəyməlidir, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunların ikisini bir saymışdır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Mənə yeddi əza (sümüyə) üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın və (sonra burnuna da işarə etdi). İki əl, iki diz, iki ayaq barmaqlarının üzəri və saç və paltarı yığmaq isə qadağan edilmişdir". (əl-Buxari, 812)