Yuxuda məni başqa dinə qoşulmağa çağırdılar...

    31.12.2014
Sual: 
salam .Men yuxumda bir qadinin mene ,men 2 dine sitayis edirem sende gel mene qosul deyir.Uzunun sol terefi normal sag terefi ise coxlu dini isareler var ve men ona insan 1 dine sitayis eder deyirem menden uzaq ol deyirem qadin ise mnene gel menim yanima deyir xahs edirem yuxumun menasini mene komek ederdiniz yozulmasina
Cavab: 

Aleykum salam. İslamdan başqa dinə çağıran yuxular hamısı şeytani yuxulardır. Şeytan insanları müxtəlif üsullarla Allahın dinindən ayırmaq istəyir, bunlardan biri də yuxu zamanı vəsvəsədir.  Belə yuxulara fikir vermək onları yozmaq lazım deyil, həmçinin bu cür yuxulardan qorunmaq üçün Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) buyurduğu zikrləri etmək lazımdır. Daha ətraflı: Pis yuxular şeytan işidirmi?

Paylaş: