Ayaqyolunun yanındakı əl-üz yuyulan otaqda namaz qılmaq olarmı?

    02.01.2015
Sual: 
salam.Menim isde namaz qilmagim ucun yer yoxdu.el yuyan yer var otaq kimi, onun da icinden bir qapi var ayaqyoluna acilir.men hemin otaq kimi yerde ayaq uste namaz qila bilerem?yoxsa gunah sayilar ayaqyolunun yaninda oldugu ucun?
Cavab: 

Aleykum salam. Başqa yer yoxdursa və siz dediyiniz yer hamam deyilsə, orada təmiz, nəcisə bulaşmamış yer seçib, namaz xalçanızı sərərək namaz qıla bilərsiniz. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Hamam (ayaqyolu) və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh; Əbu Davud; ət-Tirmizi).

 

Teqlər: 
Paylaş: