Yuxuda ölmüş insanın əşyalarının hərəkət etməsini görmək nə məna verir?
Aleykum salam. Bilməlisiniz ki, yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (Səhih əl-Buxari, 6985). Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Həmçinin oxuyun:
Pis yuxular şeytan işidirmi?
Yuxu haqqında