Sevgilisi ilə əlaqəni kəsməmək üçün namaz qılmayanlara nə nəsihət etmək olar?

    15.01.2015
Sual: 
Əs sələmu aleykum. Islama dəvət etdiyim bir çox oğlan və qızlardan daim bunu eşidirəm. Mən ibadətə başlamaq istəyirəm, fəqət mənim bir sevdiyim oğlan və ya qız var. Bu necə olacaq? Onunla əlaqəmi kəsməliyəmmi? Bəziləri sevgilisi olduğu üçün namaza başlamaq istəmir. Onlarla əlaqəni kəsmək istəmirlər. Bu insanlara nə nəsihət edirsiniz?
Cavab: 

Aleykum salam. Bəzi gənclər müxtəlif bəhanələr gətirərək Uca Yaradana ibadət etməkdən boyun qaçırırlar, halbuki yer üzündə qısa bir müddət qaldıqdan sonra Onun hüzuruna gətiriləcəklər. Uca Allah buyurur: "O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaq". (Abəsə, 34-37).
O gün onlar Uca Allahın "niyə namaz qılmadın?" sualına beləmi cavab verəcəklər?!
Belə davranış onların Allahı yaxşı tanımadıqlarından irəli gəlir, onlara davamlı şəkildə Allahı tanıdın, onun ayələrini və Rəsulunun (sallallahu aleyhi və səlləm) hədislərini çatdırın. Həmçinin onlara deyin ki, haram əməllər hamıya qadağandır, yalnız namaz qılanlara qadağan deyil. Naməhrəmlə təklikdə görüşmək də Allahın qadağan etdiyi əməllərdəndir, səbəbi isə insanı dünyada zinaya, günaha və rüsvayçılığa, axirətdə isə əzaba aparmasıdır. İslam sevib-sevilməyə gözəl baxır, amma bu haram əlaqələr üçün yox, ailə qurmaq məqsədilə olmalıdır. Həmin sevgililər namaz qılsınlar və elçi göndərib ailə qursunlar, bununla həm günahdan çəkinərlər, həm də Allahın razılığını qazanarlar. Həmçinin oxuyun:
Namaz qılmasam Cənnətə girə bilərəm?
Sevib, sevilmək barədə

Paylaş: