Kəbində qadının da razılığı vacib şərtdirmi?

    02.01.2015
Sual: 
Salam aleykum. Nigah zamanı qadın razılğı zəruridirmi?
Cavab: 

Aleykum salam. Bəli, kəbində qadının razılığı vacib şərtdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onun susması icazəsi deməkdir".
Hizam adlı bir şəxs öz dul qızı Xənsanı ərə vermişdi. Qızı bu evliliyi istəmirdi və peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib bunu ona bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) qızın atasının kəsdirdiyi kəbini ləğv etdi. Qadın sonra Əbu Lubəbə ibn Abdulmunirlə (Allah ondan razı olsun) evləndi. (Əbu Dəvud: "Nikah", 26, 2101; İbn Məcəh: "Nikah", 12, 1873; ən-Nəsəi: "Nikah", 35).
Bakirə bir qız Aişənin (Allah ondan razı olsun) yanına gəlib, ona belə dedi: "Atam məni qardaşı oğlu ilə evləndirdi ki, mənim vasitəmlə öz mövqeyini yüksəltsin. Ancaq bu mənim xoşuma gəlmir". Aişə qıza: "Rəsulullah (salləllahu aleyhi və səlləm) gələnə qədər otur!", - dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəldi və qız vəziyyəti ona bildirdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dərhal adam göndərib, qızın atasını öz yanına çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. Qız: "Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə vermişdim, lakin bu məsələdə qadınların da bir hüququ olub-olmadığını öyrənmək istəyirdim, - dedi". (ən-Nəsəi: "Nikah", 36; İbn Məcəh: "Nikah", 12, 1874; Əbu Dəvud: "Nikah", 26, 2096; Əhməd: "Musnəd" əsəri, cild: 6, səh: 136).
Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: