Sual:
Əs Sələmu aleykum. Bir az uzun olacaq amma çox önəmli mövzudur. Mənim xalam oğlu bizə gəldikdə evdə həqiqi islama qarşı əsasən də, mənim əqidəmə (sələfi-saleh) qarşı nifrət oyadır. Gəldikdə vəhabilər belədir, vəhabilər helədir deyərək atamı-anamı və qardaşımı bu əqidəyə nifrət etdirməyə çalışır. Qurban bayramında bizə gəldi və evə girər-girməz heç oturmamış, üstündəki kurtkanı çıxartmamış atama vəhabilər heyvanları vəhşi kimi kəsir, acımasızcasına öldürür, qanını axıdır yola və s. dedi. Artıq vəziyyət o həddə çatıb ki, onun bizə gələcəyini öyrəndikdə əsəb krizi keçirdirəm, Allaha dua edirəm ki, nəsə işi çıxsın gələ bilməsin. Mənim ailəm cahildir və atam tez-tez içki içir. Mən valideynimi dəvət etməyə çalışıram, onun hidayətə gəlməsi üçün dua edirəm, bu isə gəlib bütün dəvətimi məhv edib gedir. Mən atamı islama qarşı yumşaldıram, o gəlib-getdikdən sonra atam islama qarşı aqressivləşir. Problem ondadır ki, xalamgil hənəfi məzhəbindədir və mənim sələfi olduğumu bildikləri üçün ailəmi də sələfiliyə dəvət etməyimdən qorxurlar (ailəm sələfi olduğumu bilmir). Mən nə edəcəyimi bilmirəm, bezdiriblər məni. Atam yumşalmışdı hətta mənə demişdi ki namaz öyrənmək istəyirəm öyrət mən də qılım. Xalam oğlu elə aqressiv, elə inandırıcı kimi danışır ki, atam da cahil olduğu üçün ona inanır. Digər xalam oğlu atama tapşırıb ki, gördünsə kimsə deyir ki, o şirkdir, bu bidətdir, o küfrdür, bu taqutdur bil ki o vəhabidir. Artıq mən bidətləri, şirki başa sala bilmirəm atama, qorxuram ki söhbəti tutacaq və evdə qırğın düşəcək. Allah qorusun. Bu vəziyyətdə mən neyləməliyəm? Təbii ki, qohumlarla əlaqəmi kəsmək haqda düşünmürəm. Mən əlaqəmi kəssəm belə (Allaha sığınıram belə əməldən) onlar ailəmi haqdan uzaqlaşdıracaqlar. Mənim də qorxduğum budur. Mən subay qızam və nə vaxtsa ailə qurub getdikdən sonra bu qohumların rahatca ailəmi haqdan uzaqlaşdıracaqlarından çox narahatam. Bir övlad olaraq Ailəmin hidayətə gəlməsini, ibadət əhli olmasını istəyirəm. Bunun üçün nə etməliyəm? Valideynlərimin yediyi-içdiyi hər şeyə İxlas,Fələq,Nas,Ayət-əlKürsü oxuyum mu? Onları necə güclü dəvət edə bilərəm? Bu qohumların şərrindən necə qoruyum ailəmi? Birdə mən belə bir dua edirəm Allaha: "Allahım Xalamoğlunun şərrindən sənə sığınıram,Allahım ailəmi onun şərrindən qurtar, uzaqlaşdır onu atamdan". Belə dua etmək olarmi? Allah razı olsun.