Qurani Kərimdə evli zinakarın daş-qalaq edilməsi barəsində ayə olubmu?
Aleykum salam. Bəli, olub. Səhih Buxaridə bu haqda qeyd olunub. Lakin sonradan isə tilavəti nəsx (ləğv) olunub, hökmü qalıb. Ubeydullah ibn Abdullah ibn Utba Abdullah ibn Abbasdan (Allah onlardan razı olsun) belə eşitdiyini rəvayət edir: "Ömər ibn əl-Xattab (radıyəllahu anhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) minbərində oturmuş halda belə buyurdu: "Allah Təalə Muhəmmədi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqla yolladı və ona kitab nazil etdi. Allahın Ona nazil etdiyi şeylərdən biri də Rəcm (daşqalaq) ayəsidir. Onu oxuduq, əzbərlədik və dərk etdik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) daşqalaq etdi və biz də ondan sonra daşqalaq etdik. Qorxuram ki, zamanə uzandıqca kimsə: "Allahın kitabında daşqalaq etməyi tapmadıq deyər və Allahın vacib buyurduğunu tərk etdiklərinə görə zəlalətə düşərlər. Muhsan (evli) olan və zina etmiş hər bir kişi və qadına sübut edilərək, hamilə və etiraf etməsi ilə daşqalaq olunması Allahın kitabında haqdır". (Səhih Muslim, 1691).