Namazda "Bismilləhir-Rahmənir-Rahim" sözü nəyə görə səsli deyilmir?

    13.01.2015
Kimdən: 
..
Sual: 
Assalamu aleykum . Bilmek isterdim ki namazda bismilləhir rahmenir rahim sozu neye görə aciq deyilmir.
Cavab: 

Və aeykum Salam. Səsli namazlarda "Bismilləhir-Rahmənir-Rahim" səssiz deyilməlidir, amma səsli deyilə də bilər və bu, günah deyil. Ənəs (Allah ondan razı olsun) rəvayat etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm), Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) səsli namazı "əlhəmdulilləhi-Rəbbil-aləmin" sözləri ilə başlayardılar" (əl-Buxari, 743). Başqa rəvayətdə deyilir: "Onlar "Bismilləhir-Rahmənir-Rahim" sözünü səsli deməzdilər" (Əhməd, 12828).

Teqlər: 
Paylaş: