İslamdan əvvəl Allah sözü olubmu?
Sual:
Salamu aleykum.Bir ateist sual vsalamu aleykum.Allah kelimesi ilk olaraq harada kecir.yeni islamdan evvel de Allah adi olubmu.bu birinci sualim.ikinci sual.peygemberin atasinin adi Abdullah olub.menasi ise Allah qulu demekdir sehv etmiremse.yeni islami erebler arasinda Muhammed peygember yayibsa bes peygemberin atasinin adindaki Allah kelimesi haradan gelib? Axi onlar Allaha yox butlere inanirdilar.bu suallari men bir ateist unvanlayib.Allah rizasi ucun cavablandirardiz.O iddia edir ki Muhammed salavatullah bu adi hansisa dilden goturub
Cavab:
Aleykum salam. Allah sözü "əl-ilah" kəliməsindəndir, burada "əl" ərəb dilində müəyyənlik artiklı, "ilah" isə "tanrı" deməkdir. İslamdan əvvəl ərəb dilində və bir çox başqa dillərdə Allah sözü olub, çünki insanların Allaha ibadət etməsinin tarixi İslamdan yox, ilk insan Adəmin yaradıldığı vaxtdan başlayır. Həmçinin oxuyun:
Bütün peyğəmbərlər namaz qılıblarmı?
Peyğəmbərin atasının adının Abdulla olması barədə