Allahın "əs-Səmi`" adının mənası

    29.12.2014

əs-Səmi´ sözü eşidən deməkdir. Uca Allah bəndələrinin gizli və aşkar danışıqlarını eşidir. Allahın əs-Səmi´ adı Qurani-Kərimdə qırx beş dəfə zikr edilir. Uca Allah buyurur: “Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir” (Ğafir, 56).
əs-Səmi bəndələrinin dualarını eşidib qəbul edir. Uca Allah buyurur: “O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: "Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!
Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!"
(əl-Bəqərə, 127-129).

Paylaş: