Camaat namazı qılmayan insanla evlənmək icazəlidirmi?
Aleykum salam. Şəriətdə camaat namazı qılmayanla evlənməmək qadağası yoxdur, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrar etdi". (ət-Tirmizi).
İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Bizim vaxtımızda münafiqlərdən başqa heç kim camaat namazından qalmırdı". (Muslim).
Evləndirmək istəsəniz, həmin insanın camaat namazına niyə getməməsi bir az da araşdırılmalıdır. Bilməyərəkdəndirsə, ona nəsihət olunmalıdır, təkfir fitnəsinə düşənlərdəndirsə, çəkinmək lazımdır.