Spirtli içkilər içən rus qadınla evlənmək olarmı?
Sual:
Salam bilmek isteyirem rus bir qadina kebin dusur ? eger icgi icirse neceM
Cavab:
Aleykum salam. Müsəlman kişi milliyətindən asılı olmayaraq, kitab əhlindən olan (xristian və yəhudi) namuslu və iffətli qadınlarla ailə qura bilər. Amma içki içmək kimi böyük günahlar edirsə, bundan əl çəkməyincə evlənməkdən çəkinmək lazımdır, çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) əxlaqı gözəl olan qadınlarla evlənməyi buyurmuşdur. Daha ətraflı: Dinimiz müsəlmanın xristianla evlənməsinə icazə verirmi?