"Sələəmun qavlə-m-mir-rabbi-r-rahiim" sözlərinin mənası nədir?
Aleykum salam. Bu ifadə Yə Sin surəsinin 58-ci ayəsidir. Uca Allah buyurur: "Üstəlik Rəhmli Rəbb (onlara): "Salam" deyəcək". (Yə Sin, 58).
Ayənin təfsirində isə belə deyilir: "Rəhmli Allahın Özü Cənnət sakinlərinə salam verəcək. Uca Allah möminlərlə ən kamil və gözəl tərzdə danışacaq. Onun İlahi salamından sonra Cənnətin hər bir sakini özünü büsbütün təhlükəsizlik və əmin-amanlıq içində hiss edəcək. Aləmlərin Rəbbinin salamı ilə müqayisə edilə biləcək başqa bir salamlaşma mövcud deyil və Onun salamını eşitməkdən də böyük xoşbəxtlik yoxdur. Cənnət sakinlərini salamlayacaq Mehriban, Rəhmli və Qüdrətli Hökmdarın sözləri çox ecazkar olacaq. Onlar Onun xeyirxahlığını qazana bilmiş və Onun qəzəbindən xilas olmuşlar, əgər Allah onları diriltikdən sonra ölümdən xilas etməsəydi, onda onların ürəkləri sevincdən və şadlıqdan partlaya bilərdi".