Əsr namazının sünnəti daim qılınırmı?
Sual:
as salamu aleykum/esr namazindan evvel sunnet namazlari daima qilinirmi.?sunnet namazlari her namazda qilinmalidirmi?sunnet namazi qilinarsa evvel sunnet qilinir yoxsa ferz namazi?
Cavab:
Aleykum salam. Əvvəlcə cavabı oxuyun: Nafilə və fərz namazları nə deməkdir?
Savab baxımından daha çox olan ratibə sünnətlərin içində Əsrdən əvvəl qılınan sünnət namazı yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah (gün ərzində) on iki rükət sünnət namazı qılana cənnətdə ev bina edər. Zöhrdən öncə dörd rükət və sonra iki rükət, məğribdən sonra iki rükət, işadan sonra iki rükət və sübhdən öncə iki rükət". (Tirmizi).
Amma bu namazdan əvvəl 4 rükət qılmaq da bəyənilən əməllərdəndir. Peyğəmbər demişdir: "Əsr namazından öncə 4 rükət namaz qılana Allah rəhm etsin" (Tirmizi, 395)