Quranın tərcüməsini oxumaq olar?
Salam aleykum. Qurani Kərimi orijinaldan oxuya bilməsəniz, ana dilimizdə tərcüməsini də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir". (əl-Buxari, №: 4739, 5028).
Həmçinin, o belə demişdir: "Yalnız iki şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah ona Quran öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: "Kaş ona verilən bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim". Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu görən adam deyər: "Kaş ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim". (əl-Buxari "Tövhid", 45).
Həmçinin, o demişdir: "Quranı oxuyun! Çünki Quran qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcəkdir". (Muslim, 252).