əd-Duha və ət-Tin surələrinin oxunuşunu yaza bilərsinizmi?

    25.01.2015
Kimdən: 
Elcin
Sual: 
Salam aleykum .In şə Allah Duha ve Tin surelerini yaza bilersiz .Allah razi olsun
Cavab: 

Aleykum salam. 

əd-Duha surəsi

Bismilləhi-r-rahməni-r-rahim 

  1. Və-d-Duhəə.
  2. Və-l-Ləyli izəə səcəə.
  3. Məə vəddəəkə rabbukə və mə qaləə.
  4. Və ləl'Əəxiratu xayru-l-Ləkə minə-l-Uuləə.
  5. Və ləsəufə yu'tikə rabbukə fə tərdaa.
  6. Ələm yəcidkə yətiimən fə əəvəə.
  7. Və vəcədə daaaal'lən fə hədəə.
  8. Və vəcədə aaaailən fəəğnəə.
  9. Fə əmmə-l-Yətiimə fə ləə təq'hər.
  10. Və əmmə-s-Səəəəilə fə ləə tən'hər.
  11. Və əmməə bini'məti rabbikə fəhəddis.

Mənası: "And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətindən danış!". (əd-Duhə, 1-11).

ət-Tin surəsi

Bismilləhi-r-rahməni-r-rahim

  1. Və-t-Tiini və-z-Zəytuun.
  2. Və Tuuri Siiniin.
  3. Və həəzə-l-Bələdi-l-Əmiin.
  4. Ləqad xaləqnə-l-İnsəənə fii əhsəni təqviim.
  5. Summə radəd'nəəhu əsfələ səəfiliin.
  6. İllə-l-Ləziinə əəmənuu va əmilu-s-Saalihəəti fə ləhum əcrun ğayru məmnuun. 
  7. Fəməə yukəzzibukə bə'du bi-d-Diin.
  8. Ələysə-l-Laahu biəhkəmi-l-Həəkimiin.

Mənası: "And olsun əncirə və zeytuna! And olsun Turi-Sinay (Allah Təalanın Musa ilə danışdığı) dağına! And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)! Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat­ hazırlanmışdır. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir? Məgər Allah hakimlərin ən üstünü deyilmi?" (ət-Tin, 1-8)

Teqlər: 
Paylaş: