Valideynlərimin maddi imkanı olmadığı üçün məni məktəbdən çıxarmaq istəyirlər...

    25.01.2015
Kimdən: 
pervane
Sual: 
Esselamu eleykum ve rahmetullahi ve bereketuh. Men 2 mellim yanina gedirem atamin maddi veziyyeti cox pisdir valideyinlerim meni hem mektebden hemde hazirliqdan(repititr)qaytarmaq isteyirler men 10-da oxuyuram ve men qayitmaq istemirem inad edirem oxumaq isteyirem. Amma fikirlesirem ki,bu mene allahin imtahanidir. Lutfen mene meslehet verin onceden tesekkurler.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakutuhu. Əslində bu dünyəvi məsələ olduğu üçün burada valideynlərə itaət etmək lazımdır. Siz çoxlu dua edin, namazlarda, həmçinin gecə namazlarında Allaha yalvarın ki, sizə bol ruzi versin və məktəbdən çıxmağınıza ehtiyac qalmasın, çünki indiki dövrdə savadlı olmaq çox vacibdir. Həmçinin qohumlarınızdan xahiş edə bilərsiniz ki, valideynlərinizlə danışsınlar ki, repetitordan imtina etsələr də, heç olmasa məktəbdən çıxarmasınlar. Allah kömək olsun.
Həmçinin oxuyun:
Ruzinin artması üçün nələr etməliyik?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?

 

Teqlər: 
Paylaş: