Cariyə, zövcə, salam və salavat sözlərinin mənaları nədir?
Aleykum salam. Qedy etdiyniz sözlər əslən ərəb mənşəli sözlərdir.
"Cariyə" - cihad zamanı qarşı tərəfdən (kafirlərdən) əsir götürülən qadınlara deyilir. Daha ətraflı: Cariyə kimlərdir?
"Zövcə" - arvad, həyatyoldaşı.
Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər,o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar". (əl-Mu'minun, 1-6).
"Salam" - sülh, salamatlıq, əmin-amanlıq,
"Salavat" - xeyir-dua, bərəkət, təriflər, bağışlanma, namazlar və s.
Uca Allah buyurur: "Onların oradakı (möminlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan, müqəddəssən!", orada salamlaşması: "Salam!", duası: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir". (Yunus, 10).
Həmçinin buyurur: "Onları Rəbbi tərəfindən təriflər (salavat) və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır!" (əl-Bəqərə, 157).
"...O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını (salavat) öz vaxtlarında qılırlar". (əl-Mu'minun, 8-9).
Həmçinin oxuyun: Peyğəmbərə salavat gətirməyin fəziləti