Allahın adlarından bəzilərini bir neçə yüz dəfə deməklə arzulara çatmaq olarmı?

    26.01.2015
Sual: 
Salamaleykum.1.Bir kitabdan oxumuwam,her gun 1000dəfe 'yaAllah' sözünü deyen wexs arzulara catir,ve her cume gunu 100dəfə"ya Rehmam" yoxsa "YaRahim" sozu dese arzulara catar,ve en maraqlisi da sübh namazindan əvvəl daniwmazdan əvvəl bir şirine 200dəfə 'yaRauf' sözünü dese ve sonra o wirini kime verse,wirini yeyen kes duani oxuyana itaet eder.Bilmek istərdim bunlar dogrudurmu?ve gunah olmurki?Teşekkürlər.
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin" (əl Əraf, 180).
Allahın adlarının mənasını öyrənib həmin adlarla Allaha dua edə bilərsiniz. Amma bu adları 100, 200 və ya 1000 dəfə deyərək arzulara çatmaq məsələsi uydurmadır, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə şey deməyib. Ümumiyyətlə, arzulara çatmaq üçün Allaha dua etmək, Ona təvəkkül etmək, daha sonra isə səy göstərmək lazımdır. Peyğəmbər demişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əla­və edərsə, əməli rədd olunur". (Buxari, 2697; Muslim, 1718)
Peyğəmbərin buyurduğu dualar bu kitabdadır: Müsəlmanın qalası (dua və zikrlər kitabçası)

Teqlər: 
Paylaş: