İslamda nəzir qutusu anlayışı varmı?

    21.02.2015
Sual: 
Salam aleykum. Allah razi olsun suallarla elmli (Quran ve sehih hedisler esasinda) cavab verdiyinize gore. Bele bir sual vermek isterdim. islamda nezir yox, NEZIR QUTUSU deyilen bir anlayish varmi? en xeyirli sedeqe ehtiyaci olan yaxin qohuma verilen sedeqe deyilmi Quranda buyrulan kimi. Sonra tanidigin yoxsula. Yetime ve yodan kecenlere? Ve ya insanlarin yaxin qohumlari ehtiyac icerisinde ola ola hara getdiyi belli olmayan, bashqasinin yaxin adamlari ucun yigilan nezir qutularimi daha savabdir Allah qatinda?Allah razi b
Cavab: 

Aleykum salam. İslamda nəzir qutusu anlayışı yoxdur, Peyğəmbərin (salləllahu aleyhi və səlləm), səhabələrin və onların ardınca gedənlərin dövründə nəzir qutusu olmayıb. Uca Allah buyurur: "Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: "Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir" (əl-Bəqərə, 215)
"Həqiqətən sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz (vacib) olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir". (ət-Tovbə, 60).
Nəzir qutusu pirlərdə və ziyarətgahlarda camaatdan pul yığmaq məqsədilə qoyulur. Pirə gedib oradan nəsə istəmək, bu niyyətlə nəzir vermək əbədi Cəhənnəm əzabına aparan böyük günah -- şirkdir. Həmçinin bu pulların kimin cibinə getdiyi bilinmir.
Bəzi məscidlərdə məscidə yardım qutusunun olması isə normaldır. Məsciddə Allaha ibadət edilir, yardım qutusuna atılan pullar isə məscidin saxlanılmasına xərclənir.
Həmçinin oxuyun: Pirə getmək olarmı?

Teqlər: 
Paylaş: