Yasin surəsinin 14-cü ayəsinin təfsirini yaza bilərsinizmi?

    27.01.2015
Kimdən: 
Anar
Sual: 
əssələmu aləykum və rahmətullahi və bərakətu Allah eliminizi bərəkətləndirsin sualım bindan ibarətdir ki,yasin surəsində deyilir ki <<O zaman onlaraiki nəfər elçi göndərdik,amma pnlar ikisini də yalançı saydılar.Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik.Bu elçilər:"Həqiqətən,biz sizə göndərilmiü elçilərik"-dedilər>> bu ayədə hansi şəhər və hansı ELÇİ qəsd olunur. əssələmu aləykum və rahmətullahi və bərakətu
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik" - dedilər". (Ya Sin, 14).
Ayənin təfsirində deyilir: Əvvəlcə Uca Allah şəhərin (Antakiya) əhalisinə iki elçi göndərmişdi, lakin camaat onları qəbul etməmişdi və belə olduqda, Uca Allah onları üç­üncü elçi ilə qüvvətləndirdi. Uca Allah Öz yolunu azmış qulla­rına qayğı, mərhəmət göstərərək, onlara bir-birinin ardınca bir neçə elçi gön­dərmişdir və haqqı onlara ən kamil şəkildə çatdırmışdır. Elçilər də öz xalqına müraciət edərək, Uca Allahın elçiləri olduqlarını bəyan etmiş­lər. Lakin mürtədlər (haqq dindən dönənlər) onları təkzib etmişdilər (yalan saymışdılar). Onların söylədikləri sözləri bu günə kimi elçilə­rin dəvətini rədd edənlərin hamısı deyir.
Həmçinin İbn Kəsirin (rahiməhullahu) təfsirində İbn Cərih Vahb ibn Suleymandan, o da Şeuyib əl-Cəbəlinin belə rəvayət etdiyini deyir: "O iki elçidən birincisinin adı Şəmon, ikincisinin adı Yuhanna, üçüncü elçinin adı isə Bəvlas (Pavlos) idi. Şəhərin adı isə Antakiya idi.

Teqlər: 
Paylaş: