Yuxuda ayaqqabı görmək haqqında

    21.01.2015
Kimdən: 
Orxan
Sual: 
Cox xahiw edirem bu yuxu meni cox narahat edir xahiw edirem cavablandirasiz. Men yuxuda goruremki men iwdeyem iwcilernen otaqdayiq,birden iwcilerden biri mene yaxinlawib dediki ayyaqabinnan iy gelir cixarib aparir gedir o terefe. Cox xahiw edirem bunun ne oldugunu mene deyasiz
Cavab: 

Salam aleykum. Yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (Buxari, 6985).
Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Həmçinin oxuyun: 
Pis yuxular şeytan işidirmi?
Yuxu haqqında

Paylaş: