Başın hansı hissəsini məsh edilməlidir?

    04.02.2015
Sual: 
Salam aleykum. BaşIın hansı hissəsini məsh etməliyik? Əgər şərait saxilində tam məsh etmək mümkün deyilsə?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə başa məsh çəkməyin bir neçə qaydası var. Şəriətdə ən üstünlük veriləni başın əksər hissəsinə məsh çəkmədir. Belə ki,
əllər islaq halda saçın kəkilindən başlayaraq başın arxa hissəsinin qurtaracağına qədər aparılır və sonra da eyni qayda geri qaytarılır. Qulaqlara məsh etmək də buraya daxildir. Muğirənin (radıyallahu anhu) rəvayət etdiyi səhih hədisdə deyilir ki, peyğəmbər (sallallahu aleyhi və səlləm) başının ön hissəsinə (kəkilinə), qalanını isə əmmamənin (baş örtüyü) üzərinə məsh etdi. Lakin əmmamə olmadan, kəkilə və ya başın bir hissəsinə məsh etməklə kifayətlənmək olmaz. (Təfsir İbn Kəsir: 2/ 24).

Başın çox hissəsini məshlə əhatə etmək şərtdir. Məsh edən istəsə yalnız başa, yaxud ancaq əmmaməyə də məsh edə bilər. Yaxud da başa və əmmaməyə məsh edər. Bütün bu hallar doğru sayılır. Qulaqlar başdan sayıldığı üçün onları da məsh etmək vacibdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Qulaqlar, başdan sayılır". (Səhih Sunən İbn Məcəh: № 357).

Teqlər: 
Paylaş: