Namaz əsnasında biri məni narahat edərsə, nə etməliyəm?
Sual:
Salam aleykum. Namaz vaxtı nəsə bir şey baş verirsə (məsələn, biri mənə yaxınlaşaraq danışır, səsləyir, fikrimi yayındır və yaxud yaxınlaşır) nə etməliyəm?
Cavab:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Namazda biri sizi narahat edərsə, kişilər təsbih edir. ("subhanəllah" söyləyir), qadınlar isə əllərini bir-birinə vurur". (əl-Buxari, 1145; Muslim, 106; Əbu Davud, 941)