Sübh namazı qəzaya qalarsa, oyananda qılmaq olarmı?
Sual:
Salam Aleykum.Seher namazi qezaya qalarsa ne vaxt durursansa qilmaq olarmi qeza kimi??? Men meselen saat 11 de dursamda qeza edirem..Bele etmek OlAr??
Cavab:
Aleykum salam. Bəli, yatıb qaldıqda, oyanan kimi namazın qəzasını qılmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim unutduğu və ya yatıb qaldığı üçün namazını keçirsə, yadına düşən kimi qılsın". (Səhih Muslim).