Yoldaşıma qarşı hədsiz şübhələrim var, bu günahdır?

    05.02.2015
Kimdən: 
şehla
Sual: 
yoldaşımın her hereketinden şübhelenirem tez tez telefonunu qurdalayiram.heç ne tapmasamda hedsiz şübhenirem.sözlerinin hamısında şübhelenirem.bu şübheler aramızda davaya sebeb olur.sizce men günah qazanıram.mene meslehet verin.teşekket edirem.
Cavab: 

Salam aleykum. Əsassız şübhələr şeytanın vəsvəsəsindən irəli gəlir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Allahı çox zikr edin, Quran oxuyun, dini öyrənmək üçün vaxt ayırın, həmçinin burada yazılanları edin. Həmçinin oxuyun: Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua

Teqlər: 
Paylaş: