Sünnət namazlarını qılmamaq günah sayılırmı?

    05.02.2015
Sual: 
salam sunnu namazi qiliram bir defe sunnelerini qilmadim 2-3hefte ferzlerini qildim vaxtim olmadigina gore ele qilirdim sunnetleri qalmisdi yeniden qayitdim evvelki namazima indi sunnetleride qiliram gunah olubmu menimcun
Cavab: 

Aleykum salam. Sünnət namazlarını qılmaq vacib deyil və qılmasanız günah qazanmırsınız. Amma qılmaq əlavə savabdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qiyamət günü bir şəxsin ilk hesab verəcəyi əməl namazlarıdır. Bu hesab doğru olarsa qurtulmuşdur. Bu hesab düzgün gəlməzsə o ziyan görəcəkdir. Əgər fərzlərindən əskiklik çıxarsa Uca Allah “Görün qulumun dəftərində nafiləsi varmı?”- deyə buyurar. Beləcə fərzidən əksik olanlar nafilələrlə tamamlanar. Sonra bu tərzdə olmaqla digər əməllər də hesabdan keçirilər". (ət-Tirmizi).
Həmçinin oxuyun: Sünnət namazlarına dair hansı hədislər var?

Teqlər: 
Paylaş: