İnsanlar qazanclarının beşdə birini Peyğəmbərə veriblərmi?

    19.02.2015
Sual: 
salam aleykum. ALlah elminizə bərəkət versin. Bəzi saytlarda insanların elmsizliyindən istifadə edib, Ənfal suresinin 41- ci ayəsində deyilən Peygəmbərə çatası olan qənimətlərin 5-də birini qazancla əlaqələndirirlər (yəni insanın əldə etdiyi qazancın 5-de biri) və ayələri yarımçıq verirlər. Halbuki burada acıq aydın muharibədən sohbet gedir. Yeni muharibe dovrunde qənimətin 5-de biri. Sizin firkinizi oyrenmek isterdim bu barede. İNsanlar qazanclarının beşdə birini veriblərmi Peyğəmbərə?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Əgər siz Allaha və (haqla batilin) ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir". (əl-Ənfəl, 41).
Ayədən də göründüyü kimi burada söhbət qazancdan yox, döyüş vaxtı ələ keçirilmiş qənimətlərdən gedir. Döyüşdən sonra qənimət beş hissəyə bölünür. Bunun beşdə dördü müəyyən qaydalar əsasında döyüşçülər arasında bölünür. Yerdə qalan beşdə bir hissə də öz növbəsində beş yerə verilir:

  1. Allaha və Onun Rəsuluna. Allah və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qənimətə ehtiyacı olmadığı üçün, bu hissə müsəlmanların ümumi ehtiyaclarına sərf edilir. Burada xüsusi bir göstəriş yoxdur
  2. Peyğəmbərin qohum-əqrabasına. Haşimin və Mu­təl­li­bin nəsillərinin ki­şi və qadınları arasında bərabər bölünür.
  3. Yetkinlik yaşına çatmamış yetimlərə
  4. Kasıb və ehtiyacı olanlara
  5. Pulu qutarıb yolda qalmış müsafirlərə
Teqlər: 
Paylaş: