"Zikrmatik" deyilən proqram ilə zikr etmək olarmı, yoxsa əl ilə edilməlidir?

    08.02.2015
Sual: 
Salam aleykum zikr elemek ucun zikrmatik deye praqram var menim telefonumda men bilmek istiyirdim Əlilə elemek daha savabdi yoxsa zikrmatik deyilen praqramla yeni mem zikrmatikle zikr elesem mene savab yazilar indinden cox sagolun .Allah razi olsun
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqları ilə zikr etmişdir və belə demişdir: "Subhənallah, Lə iləhə illəllah deyin və barmaqlarınızı bükün. Həqiqətən onlar soruşulacaq və danışdırılacaqlar". (Əbu Davud, 1501). Həmçinin oxuyun: Namazdan sonra təsbeh çəkmək icazəlidirmi?

Teqlər: 
Paylaş: