Gəyirmək dəstəmazı pozurmu?
Sual:
SALAM ALEYKUM geyirmek destamazi batil edirmi?
Cavab:
Aleykum salam. Xeyr, gəyirmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Özündən asılı olmayan hallar istisna olmaqla, geyirmək ədəbsizlik sayılır. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir ki, "Bir dəfə həddindən artıq çox yemiş bir nəfər gəyirməyə başladı. Allah Rəsulu (salləllahu aleyhi və səlləm): "Gəyirmə! Çünki dünyada çox doyanlar, qiyamətdə çox ac qalacaqlar", − deyib xəbərdarlıq etdi". (ət-Tirmizi, 2478, 2666).