Nifrət etdiyin insan haqqında Allaha necə dua etməlisən?

    11.02.2015
Sual: 
Salameleykum.Eger biri sene cox pislik edirse ve sende o insanla bir evde yasayirsansa ve ondan nifret edirsense onda nece dua etmelisen onun olumunumu yoxsa onu Allahtalanin cezaland8rmasinimi
Cavab: 

Aleykum salam. Allaha həmin adamın şərindən qorunmaq üçün dua edə bilərsiniz, həmçinin ona hidayət verməsini, islah etməsini diləyə bilərsiniz.
Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34).
"Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Maidə, 8).
"Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır". (ən-Nisa, 135). 
Həmçinin oxuyun:
Qul haqqı barədə
Müsəlmanın qalası - dua və zikrlər

Teqlər: 
Paylaş: