Kişi xəyanət edirsə, həyat yoldaşı ondan küsə bilərmi?

    11.02.2015
Kimdən: 
Qadin
Sual: 
Eger bir kiwi heyat yoldasina xeyanet edirse ve qadin ondan kusurse bu qadina gunaha yazilirmi?bu zaman qadin ne etmelidi?erini bagislamalidi?
Cavab: 

Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) üç gündən artıq küsülü qalmağı qadağan etmişdir. Sözsüz ki, ərinizin etdiyi böyük günahdır, şəriətə görə bunun həm dünyada, həm də axirətdə cəzası çox şiddətlidir. Amma siz ailənizi qorumalı, təmkinli olmalı və şeytana uymamalısınız. Ona görə də, ərinizə bunun böyük günah olduğunu gözəl əxlaqla izah etməli, onu Allahdan qorxmağa və günahdan çəkinməyə çağırmalısınız. Bu zaman Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında Ondan kömək istəməlisiniz. Allah kömək olsun. Həmçinin oxuyun: Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?

Paylaş: