Allahın "əş-Şəhid" adının mənası

    28.01.2015

əş-Şəhid sözü şahid olan, müşahidə edən deməkdir. əş-Şəhid olan Allah, hər şeyə şahiddir. Allahın əş-Şəhid adı Qurani-Kərimdə on səkkiz dəfə zikr edilir. Uca Allah buyurur:
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir. Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir" (ən-Nisə, 165-166).
Həmçinin buyurur:
“Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər. Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir" (Yunus, 45-46).
əş-Şəhid olan Allah, gizli olan hər şeydən xəbərdar, aşkarda olan hər şeyə də şahid olandır. O, bütün yaratdıqlarına nəzarət edən, onların səslərini eşidən və onları dəqiqliklə görəndir. Onun elmi hər şeyi əhatə edir. Uca Allah buyurur:  
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın” (Yunus, 61).

Paylaş: