Allahın "əl-Vasi`" adının mənası

    29.01.2015

əl-Vasi‘ sözü geniş olan deməkdir. Allahın əl-Vasi adı Qurani-Kərimdə doqquz dəfə zikr edilir. Uca Allah buyurur: 
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir
(əl-Vasi'), Biləndir" (əl-Bəqərə, 261).
Həmçinin buyurur:
“Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir (əl-Vasi'), Biləndir" (əl-Bəqərə, 268).
əl-Vasi olan Allah, lütfü geniş olandır. Onun elmi hər şeyi əhatə edir, Onun mərhəməti isə bütün məxluqatı bürüyür.  

Paylaş: