Sevgilimdən ayrılmışam, ona yenidən qovuşmaq üçün nə edim?

    12.02.2015
Kimdən: 
NERMİN
Sual: 
Salam. Demeli mənim isdədiyim biri var idi. Amma mən ondan sevgimə qarşılıq almamışdım. sora yollarımız ayrıldı və Mən Allaha çoxlu dualar etdim nəzrlər verdim ki qayıtsın və məni sevsin. Duamada qarşılıq tapdım. Heç ağlımdan keçmədiyi bir zaman mənə sevgi etirafı etdi. Amma sora mənim günahima görə ayrıldıq və mən onu hələdə sevirəm. Dualar edirəm yenə bəztlər verirəm.. amma əvvəlki kimi qarşılıq ala bilmirəm. Hiss edirəm ki Tanrı məndən üz dönderib. mən neynəməliyəm ki dualarım qəbul olunsun? Və necə bir dua etməliyəm ki sevdiyim insan qayıtsın? Birdə bu bir imtahan ola bilər? Çox xahiş edirəm suallarıma cavab verin
Cavab: 

Aleykum salam. Əvvəlcə qeyd edək ki, sevgi yalnız evlənmək niyyəti ilə olmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847). Evlənmək niyyəti ilə olmayan sevgi isə insanı dünyada rüsvaycılığa, axirətdə isə əzaba aparır. Həmçinin sevənlər bir-birinə qovuşmadığı üçün bu, iztiraba və qəlb xəstəliyinə çevrilir. Ona görə də belə sevgidən tövbə edərək uzaqlaşmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Uca Allah heç kimdən üz döndərmir. Duaların qəbul olması üçün namaz qılmaq, günahlardan qorunmaq və tələsməmək lazımdır. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Haram sevgini necə unutmaq olar?
Günahdan əl çəkmək üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: