Yə Sin surəsinin 14-cü ayəsində elçi deyildikdə kimlər nəzərdə tutulur?
Sual:
Aleykum salam. Uca Allah buyurur: "O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik” - dedilər". (Yə Sin, 14).
Ayənin təfsirində deyilir: Əvvəlcə Uca Allah şəhərin (Antakiya) əhalisinə iki elçi göndərmişdi, lakin camaat onları qəbul etməmişdi və belə olduqda, Uca Allah onları üçüncü elçi ilə qüvvətləndirdi. Uca Allah Öz yolunu azmış qullarına qayğı, mərhəmət göstərərək, onlara bir-birinin ardınca bir neçə elçi göndərmişdir və haqqı onlara ən kamil şəkildə çatdırmışdır. Elçilər də öz xalqına müraciət edərək, Uca Allahın elçiləri olduqlarını bəyan etmişlər. Lakin mürtədlər (haqq dindən dönənlər) onları təkzib etmişdilər (yalan saymışdılar). Onların söylədikləri sözləri bu günə kimi elçilərin dəvətini rədd edənlərin hamısı deyir.
Həmçinin İbn Kəsirin (rahiməhullahu) təfsirində İbn Cərih Vahb ibn Suleymandan, o da Şeuyib əl-Cəbəlinin belə rəvayət etdiyini deyir: "O iki elçidən birincisinin adı Şəmon, ikincisinin adı Yuhanna, üçüncü elçinin adı isə Bəvlas (Pavlos) idi. Şəhərin adı isə Antakiya idi
burada ELÇİ dedikdə Peyğəmbər nəzərdə tutulur yoxsa İSA (a.s.)peyğəmbərin həvariləri
Cavab:
Aleykum salam. Bu barədə Quran təfsiri kitablarında dəqiq məlumat verilməyib.