Duha (quşluq) namazı nədir və necə qılınır?
Sual:
Salam.bilmek isteyirem ki,qusluq namazi nedir ve nece qilinir?
Cavab:
Və aleykum Salam. Quşluq namazı dedikdə duha namazı nəzərdə tutulur. Gündəlik qılınan "Duha" (səhər, gündüzün başlanğıcına deyilir) namazı insanın oynaqlarının sədəqəsidir. Duha namazı iki rükət və daha çox cüt sayda adi qaydada qılınan sünnət namazıdır. Bu namazın neçə rükət qılınmasında məhdudiyyət yoxdur.
Ummu Hani (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Məkkənin fəthi günü səkkiz rükət Duha namazı qıldı". (Səhih əl-Buxari, 1176; Səhih Muslim, 1664; İbn əl-Qeyyim "Zəədul-Məad" kitabaı, 1/342).
Bu hədisi əsas götürən bəzi alimlər səkkiz rükətdən yuxarı qılmağı məsləhət görməyiblər. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz belə buyurdu: "Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih (Subhənəllah), hər bir təhmid (Əlhəmdulilləh), hər bir təhlil (Lə iləhə illəllah), hər bir təkbir (Allahu Əkbər) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!" (Səhih Muslim, 1668).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) üç şeyi mənə nəsihət etdi: "Hər ayın üç gününü oruc tutmağı, iki rükət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!" (Səhih əl-Buxari, 1178, Səhih Muslim, 721, 1669).
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) dörd rükət Duha namazı qılar və istədiyi qədər rükətlərin sayını artırardı". (Səhih Muslim, 1662).
Duha namazının vaxtı sübh namazının vaxtı çıxandan 10-15 dəqiqə sonra başlayır, zöhr namazının vaxtı girməyə 10-15 dəqiqə qalmış isə bitir.