Peyğəmbərin namaz qıldığı kimi qılmayanın namazı qəbul olacaqmı? İbadətlərin qəbul olunması üçün şərtlər hansılardır?

    31.03.2015
Kimdən: 
Elmar
Sual: 
Salam.insanlar ayri ayri mesheblere qulluq edirler.butun meshebler Allaha inanir onun yolunda namaz qilirlar.bes axiretde yalniz bir meshebmi dogru olacaq.peygemberimiz (sallallahu eleyhim ve sellem) qilan kimi qilmayanlarin namazi qebul olmayacaqmi.?
Cavab: 

Aleykum salam.

  1. Cavabı buradan oxuyun: Hansı məzhəb düzgündür?
  2. Namazın qəbul olub-olmayacağını yalnız Allah bilir. Amma ümumən Peyğəmbər (salləllahu aleyhi və səlləm) ibadətlərin qəbul olunması üçün aşağıdakı şərtləri bildirmişdir.
    • Yalnız Allaha ibadət etmək, şərik qoşmamaq. Uca Allah buyurur: "De: "Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?" Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!" (əz-Zumər, 64-66). "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (əl-Ənam, 162).
    • İxlas (səmimiyyət). Edilən əməldə yalnız Allah rizasını güdmək. "(İblis) dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş (ixlaslı. sadiq) qullarından başqa!" (Sad, 82-83).
    • Əməli peyğəmbərin (salləllahu aleyhi və səlləm) dediyinə uyğun etmək. Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31); "Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzab, 36).
Paylaş: