Allahın möminlərlə bərabər olduğuna aid hansı ayələr var?

    23.02.2015
Sual: 
Salam. Allahın möminlərlə bərabər olduguna aid ayələri deyə bilərsiz?
Cavab: 

Aleykum salam.
Allahın hər şeyi bilməsi haqqında:
"Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür". (əl-Hədid, 4).
"Məgər sən bil­­mirsən ki, göylərdə və yerdə olanlar Allaha məlumdur? Üç nə­­fərin arasında elə bir gizli söhbət olmaz ki, O dördüncü ol­ma­sın; ya da beş nəfərin, O isə altıncı olmasın. Onlar çox və ya az ol­­masından asılı olmayaraq, O həmişə, onlar harada olsalar da, on­­lar­ladır...". (əl-Mucədilə, 7).
"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq". (Qaf, 16).

Uca Allahın möminlərə kömək etməsi haqqında:
"Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi". (ər-Rum, 47).
"Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə, Onun hədlərini qorumaq və bunun üçün səy göstərmək) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər". (Muhəmməd, 7).
"Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik". (Ğafir, 51).

"Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər" (Ali İmran, 125)
"Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız". (Ali İmran, 139).

"Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!"– dedilər". (Ali İmran, 173).
"Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə, 214).

Teqlər: 
Paylaş: