Yataq otağında namaz qılmaq olarmı?

    26.02.2015
Sual: 
As salam aleykum.Bir nefere qadinlar ucun oz evlerinde,xususən yataq otaqlarinda qilmaq daha xeyirlidir dedim.Ve, o sie deyil sadece ozunu sie adlandirir, dediki sunnilerin her seyinnen razi ola bilerem ancaq bununla yox. Cunki, deyir,(uzr isteyirem)yataq otaginda qadinla kisi cinsi elaqede olurlar ve bele bir sey beyenilmir. İndi ise ona nece basa salmaq olar yeni Qurandan delillernen, ayelernen ve s.As salam aleykum
Cavab: 

Aleykum salam. Yataq otağında namaz qılmaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745; Əbu Davud, 492; ət-Tirmizi, 317). Peyğəmbər (salləllahu aleyhi və səlləm) harada olursa-olsun, namazın vaxtı girən kimi qılmağı sevərdi. Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: "...Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın...". (əl-Buxari "Namaz" 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; Əhməd, 3/304; əd-Darimi "Namaz" 1389). Yataq otağının daha fəzilətli olması şəriətdə yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadının evindəki otaqda qıldığı namaz həyətində qıldığı namazdan, şəxsi otağında qıldığı namaz isə evindəki otaqda qıldığı namazdan xeyirlidir". (Əbu Dəvud, 570; ət-Tirmizi, 1173). Burada "evindəki otaq" deyildikdə evdə qadının olduğu otaq, "şəxsi otaq" deyildikdə isə qadının şəxsi şeylərini saxladığı kiçik yer nəzərdə tutulur. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir". (əl-Buxari).
Əbu Humeyd əl-Sədinin zövcəsi Umm Humeydə (radıyəllahu anhum) istinadən rəvayət edir ki, o, peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və belə dedi: "Ey Allahın Rəsulu (salləllahu aleyhi və səlləm), mən səninlə namaz qılmağı xoşlayıram". O dedi: "Mən qəti bilirəm ki, mənimlə namaz qılmağı xoşlayırsan, lakin evində namaz qılmağın həyətində namaz qılmağından, həyətində namaz qılmağın məhəllə məscidində namaz qılmağından, məhəllə məscidində namaz qılmağın mənim məscidimdə namaz qılmağından daha yaxşıdır". (Əhməd, 27135).

Teqlər: 
Paylaş: