Ailə qurmaq barədə vəsvəsələrim var...
Aleykum salam. Allaha həmd olsun. Hicab, namaz kimi Allahın vacib əmrlərini yerinə yetirdiyiniz üçün çoxlu savab qazanırsınız. Şeytan sizi Allahın əmrlərindən yayındıra bilmədiyi üçün bu cür vəsvəsələrə əl atır. Daha təsirli olması üçün yalnız şübhə atmaqla kifayətlənmir, həmçinin qorxu, həyəcan, qəlb sıxıntısı kimi hallar yaşadır. Amma şeytanın hiyləsi də özü kimi zəifdir. Bu halları Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) buyurduğu yollarla özünüzdən uzaqlaşdırın. Namazlarda dəqiq olun, Allahı çox zikr edin, gün ərzində Quranı səsləndirərək qulaq asın, Quranın mənaca tərcüməsini oxuyun, həmçinin evlənməklə bağlı Peyğəmbərimizin hədislərini oxuyun. Siz özünüz də görürsünüz ki, ətrafda hamı ailə qurur və onlar üçün çətin olmur. Üstəlik evlənmək Allah Rəsulunun əmridir, bunu etməyənlər günah qazanır. Ona görə də şeytandan olan şübhələrə fikir vermək olmaz, çünki onda vəsvəsə daha da çoxalır. Həmçinin oxuyun: Cadudan qorunmaq üçün nə etmək lazımdır?