Sübh namazını günəş görünənə qədər qılmaq olarmı?

    28.02.2015
Kimdən: 
muselmanka91
Sual: 
Salamaləykum. Çox sagolun ki,bütün suallarımı cvb.landırdız. Gec olduğu üçün,elə bilmişdim mənim suallarımı buraxmısız.Səbrsiz oldugumçün üzr istəyirəm. İndiki sualım isə: Nənəm deyirdi ki,sübh namazı günəş çıxmazdan əvvəl qırmızı xətlər çıxanadək bitirməlidir. Bəziləri isə dəyirki,günəşin özü çıxana qədər eləmək olar. Qusarda sübh namaz 06:40 da başlayırsa,təxminən saat neçəyə qədər namazı eləyə bilərəm,yə'ni saat neçədən sonra eləmək olmaz? Xahiş edirəmki,bunu mənə başa salasız. Allah sizin bu əməlinizdən razı olsun!
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sübh namazının vaxtı dan yeri söküləndən günəş çıxmağa başlayana qədərdir. Gün çıxmağa başladıqda isə namaz qılmayın, çünki o şeytanın iki buynuzu arasından çıxır". (Muslim, 612). Amma Sübh namazına gecikmisinizsə, günəşin çıxmasına baxmayaraq namazı qılmalısınız. Həmçinin oxuyun: Namazın vaxtların ilə bağlı hədisin izahı

Teqlər: 
Paylaş: