Depressiyada olan insan özünü öldürdüyü üçün axirətdə niyə cəzalandırılır?
Aleykum salam. İnsanın müsibət vaxtı rahatlıq tapmaması, daim qəlbinin sıxılması və depressiyaya düşməməsi imanın zəifliyindən irəli gəlir. Ən çox bəla və müsibətlər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin (Allah onlardan razı olsun) başına gəlməsinə baxmayaraq, onlar məyus olmurdular, əksinə, bu, onların imanını daha da artırırdı. İnsanın müsibətlərə dözməyərək intihar etməsi onun Allaha təvəkkül etməməsi, çətinlik anında Allaha ürəkdən dua etməməsi, müsibətlərə Allahın razılığını və Cənnəti qazanmağın yolu kimi baxmaması səbəbi ilə olduğu üçün ona heç bir halda haqq qazandırılmır. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62).
Daha ətraflı:
Xoşbəxtlik nədir?
Başıma gələn müsibətlərə görə doğru yolda olmaq mənə çətin gəlir...
İntihar etmək niyə günah sayılır?