Başıma gələn müsibətlərə görə doğru yolda olmaq mənə çətin gəlir...

    29.12.2014
Sual: 
Salam alekkum mence insanin bir alin yazisi varbunu dua ve ibadet edib bir balaca deyisdirmek mumkundurmu men4 ya 5 ildi namaz qiliram ailemizde atam estafurullah, kafir idi anam yox dinden xeberi olmayan idi ve qargis edirdi atama atam ona zulm verdi evvel anam 9 il sora atam vefat etdi men usaqliqdan Allaha siginmisam atamin pislikleri uzunden intihar etmek istdyirim bacarmadim aile qurduqda cox cetinliklere bas basa qldim hemise Allaha sigindim 5ildi namaz qiliram arzuma catammiram niye bilmirem bezenmecburuyyet qzrsisinda gunah edirem ve yne tovbe edirem isteyirem halal qazancli isde isleyim is tapib isleyirem ina irsiz hec bir qepik vermirler maas ,isledib maas vermirler ele de imkanli deyilem ne edim bilmirem duz yol getmek cox cetindi yoxdu demek olar. Menimcun ne qder etmisemalinmayib demek isteyirem kafir olnin balasidami kafirolur yoxsa ozunu mecbur edib momun ola bilermi? Omru boyi yaxsiliqetmisem hamiya aileme amma islerim cox cetindedi ibadetden de el ceken deyilem hemise ezab cekirem ve ele olur ki bezirem bir yol gosteresizmi evvelceden tesekkur edirem
Cavab: 

Aleykum salam. Allah insanı yaratmış və onu sınağa çəkmək üçün dünyada qalacağı müəyyən vaxt təyin etmişdir. İnsanın əsl qalacağı yer isə axirətdir. “Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Dünya həyatı müvəqqəti sınaq olduğu üçün, burda baş verən hər müsibətdən yalnız Allahın razılığını və axirətdə Cənnəti qazanmaq üçün istifadə etmək lazımdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır." (əl-Bəqərə, 155-157)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar” (Tirmizi, 2396). Daha ətraflı:
Dualarım qəbul olmur deyə ümidim kəsilib
Duaların qəbul olması üçün nə edim?

Sizin haqqınıza girmiş insanların hamısından Qiyamət günü haqqınızı alacaqsınız. Bu, onların savablarından sizə verilməsi və ya sizin günahlarınızın onlara yüklənməsi şəklində olur. Daha ətraflı: Qul haqqı barədə

Kasıblıqdan qurtarmaq üçün şəriətdə vasitələr bildirilmişdir. Ruzinin artması üçün nə etməliyik?
Əlavə olaraq deyə bilərik ki, hal-hazırda müxtəlif sahələrdə yaxşı sənətkarlara, mütəxəssislərə ehtiyac var. Ona görə də, Allaha təvəkkül edərək hansısa bir sənəti yaxşı öyrənin, öyrəndiyiniz müddətdə kasıblığa və çətinliklərə səbr edin, lazım gələrsə öyrənmək xətrinə pulsuz da işləyin. Allaha dua edirik ki, sizə bol, halal və bərəkətli ruzi versin!

Kafirlərin uşağının hansı dində olmasına gəlincə, bunu Uca Allah və Onun Rəsulu bizə açıq aydın bildiriblər. Uca Allah buyurur: "Sən hənif (tək Allaha ibadət edən) olaraq üzünü dinə tərəf çevir! Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir" (ər-Rum, 30)
"Hər doğulan uşaq fitrət (İslam) üzərində doğulur, lakin valideynləri onları ya yəhudiləşdirir, ya nəsraniləşdirir, ya da məcusiləşdirir". (Buxari, (1293).

Həmçinin oxuyun:
Günahdan necə əl çəkim?
İmanın artması üçün nə etmək lazımdır?
Əlacsız qalıb ruhdan düşəndə hansı duaları oxumaq lazımdır?

Paylaş: