Bankçılıq ixtisasına qəbul olunmuşam, nə edim?
Sual:
Salam aleykum.sizə bir sualım var.mən universitetə hazırlaşırdım və universitetə bank ixtisası üzrə qəbul olmuşam amma universitetə girdikdən sonra dinlə maraqlanmışam,hal-hazırda da namaz qılıram və bankda işləməyin haram olduğunu eşitmişəm.belə olan halda mən nə etməliyəm? Mən əziyyət çəkib universitetə girmişəm axı? universitetimi,ixtisasımı atmalıyam günahdır deyə?
Cavab:
Aleykum salam. Riba (faiz) əsasında işləyən kommersiya banklarında işləmək hətta işiniz faizlə əlaqədar olmasa da, haramdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Səhih Muslim).
İslam banklarında (bu banklarda əməliyyatların şəriətə müvafiq olub-olmadığını yoxlayan komissiya olur), həmçinin riba olmayan digər maliyyə əməliyyatları (məsələn, sürətli pul köçürmələri) şirkətlərində işləyə bilərsiniz.